NAXÇIVAN :

10 Sentyabr 2026, Cümə axşamı

2027-ci il qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar açıqlanıb

...

Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramları Azərbaycan və rus dillərində təqdim edib.

"Şərq qapısı" xəbər verir ki, 2027-ci il qəbul imtahanlarında 2026-cı ildəki imtahan modeli tətbiq olunacaq.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlarla Azərbaycan və rus bölmələri üzrə DİM-in təqdim etdiyi keçidlər vasitəsilə tanış olmaq mümkündür.

Belə ki, test bloklarına 22 qapalı tipli, 5 açıq (cavabı kodlaşdırıla bilən, seçim, hesablama və uyğunluğu müəyyən etmək) tipli, həmçinin I ixtisas qrupu üzrə riyaziyyat, fizika, kimya və informatika fənlərindən 3 açıq tipli cavabı yazı ilə ifadə olunan sərbəst tapşırıq daxil ediləcək. Riyaziyyat fənnindən 1 tapşırıq isbata aid olacaq.

II ixtisas qrupunda riyaziyyat, II və III ixtisas qruplarında coğrafiya, IV ixtisas qrupunda fizika, kimya, biologiya fənlərindən situasiyaya, III ixtisas qrupunda Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat fənlərindən mətnə, II və III ixtisas qruplarında tarix fənnindən isə mənbəyə aid 3 açıq tipli cavabı yazı ilə ifadə olunan tapşırıqdan istifadə ediləcək.

Nəşr edilib : 10.09.2026 15:38