NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

2025-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

...

2025-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 199 milyon 772 min manat olmuşdur ki, bu da  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 3,8 faiz artaraq 2544,0 manat olmuşdur.

***

Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 378 milyon 390 min 300 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricidən 15,9 faiz çoxdur. Sənaye məhsulunun 310 milyon 693 min 700 manatı və ya 82,1 faizi malların, 67 milyon 696 min 600 manatı və ya 17,9 faizi isə xidmətlərin payına düşmüşdür.

Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 76,6 faizi emal, 20,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

***

2025-ci ilin yanvar-sentyabr aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 171 milyon 412 min 700 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 33,3 faiz çoxdur.

İstifadə olunmuş vəsaitin 49 milyon 202 min manatı və ya 28,7 faizi məhsul istehsalı sahələrinə, 40 milyon 258 min 800 manatı və ya 23,5 faizi xidmət sahələrinə, 81 milyon 951 min 900 manatı və ya 47,8 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

Əsas kapitala vəsait qoyuluşunun 138 milyon 339 min 400 manatı və ya 80,7 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 27,8 faiz çoxdur.

                                                           ***

Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 294 milyon 792 min 600 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 165 milyon 103 min 100 manatı bitkiçilik sahəsi üzrə, 129 milyon 689 min 500 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,7 faiz azalmışdır.

                                                            ***

2025-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada nəqliyyat sektorunda 5 milyon 409 min ton yük, 35 milyon 824 min 900 sərnişin daşınmışdır. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,9 faiz, sərnişin daşınması isə 1,3 faiz artmışdır.

***

Cari ilin yanvar-sentyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq  28 milyon 363 min 300 manat olmuşdur. Xidmətlərin 44,2 faizi mobil telefon rabitəsi sahəsində, 68,5 faizi isə qeyri-dövlət sektorunda formalaşmışdır.

***

2025-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 1 milyard 17 milyon 833 min  manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur. Ticarət şəbəkəsində 524 milyon 184 min manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 493 milyon 649 min  manatlıq qeyri-qida məhsulları satılmışdır.

***

Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 51,5 faiz artaraq 2025-ci il sentyabr  ayının 1-ə milli valyuta ekvivalentində 33 milyon 96 min 900 manat təşkil etmişdir. Əmanətlərin 93,6 faizi milli, 6,4 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 49,9 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 80,8 faiz artmışdır.

***

Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 93 milyon 106 min 740 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 10 milyon 333 min 400 dollarını və ya 11,1 faizini ixrac olunmuş məhsulların, 82 milyon 773 min 340 dollarını və ya 88,9 faizini isə idxal məhsullarının dəyəri təşkil etmişdir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 4,7  faiz, o cümlədən idxal 7,8 faiz azalmış, ixrac isə 29,8 faiz artmışdır.

                                                               ***

2025-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 153 milyon 181 min 300 manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz çoxdur.

                                                              ***

2025-ci ilin yanvar-avqust aylarında muxtar respublikada orta aylıq nominal əməkhaqqı  819,9  manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çoxdur.

                                                             ***

1 sentyabr 2025-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 1927 nəfər və ya 0,4 faiz artaraq 472062 nəfər olmuşdur.

Nəşr edilib : 15.10.2025 17:20