NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

2025-ci ilin ikinci Ay tutulması baş verir

...

"Şərq qapısı" xəbər verir ki, bu, bəzən “Qanlı Ay” da adlandırılan tam Ay tutulmasıdır.
Ay tutulmasının vaxt cədvəli:
Yarımkölgəli Ay tutulması saat 19:28:21-də, qismən tutulma saat 20:27:02-də, tam tutulma saat 21:30:41-də başlayacaq. Tutulmanın maksimumu saat 22:11:47-də baş verəcək.
Tam tutulma saat 22:52:47-də, qismən tutulma saat 23:56:26-da, yarımkölgəli Ay tutulması saat 00:55:00-da sona çatacaq. Tam tutulma 82 dəqiqə davam edəcək.
Ay tutulmasını Azərbaycanda da görmək mümkün olacaq
2025-ci ilin ikinci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək. Azərbaycan ərazisində axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq.

Nəşr edilib : 07.09.2025 19:53