Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə ...
19:29 04.01.2025
0
0
0
NAXÇIVAN :
05 Yanvar 2025, Bazar
Ötən il dünyada və ölkəmizdə baş verən çoxsaylı hadisələr və yaddaqalan anlar insan həyatı üçün sülh və sivil inkişafın nə dərəcədə həyati və bu baxımdan, qlobal təhlükəsizlik arxitekturasında dövlətlərin məsuliyyətinin nə qədər vacib olduğunu bir daha göstərdi. Dövlət başçımız, Prezident cənab İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində yola saldığımız 2024-cü ildə dünyadakı mürəkkəb siyasi və iqtisadi konyunktura mühitində Azərbaycanın qazandığı uğurlara toxunaraq hər kəsin arzusunda olduğu qlobal sülh və inkişafın Cənubi Qafqaz üçün də əhəmiyyətini bir daha vurğuladı, öz dövlət suverenliyini bərpa etmiş Azərbaycan Respublikası üçün 2025-ci ilin sülh və quruculuq ili olacağını qeyd etdi.
2024-cü ildə Qazax rayonunun 1990-cı illərin əvvəllərində erməni işğalı altına düşmüş dörd kəndinin azad edilməsi ərazi bütövlüyümüzün bərpası baxımından tarixi bir hadisə olub, 44 günlük müharibədə və birgünlük antiterror əməliyyatında qazandığımız parlaq qələbələrin məntiqi davam idi. Azərbaycan dövləti, onun rəşadətli Ordusu göstərdi ki, ölkəmizin milli maraqları naminə vaxtı gələndə nə lazımdırsa, o da ediləcəkdir. Çoxsaylı havadarlarının dəstəyinə baxmayaraq, Ermənistanı diz çökdürmüş, bununla da dünyadakı oturmuş köhnə daşları yerindən oynatmış Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni reallıqların müəllifi kimi bundan sonra da diplomatik, beynəlxalq və siyasi müstəvidə öz mövqeyini gücləndirəcək. Bu mövqe Ermənistanın silahlanmasına qarşı növbəti ildə də ölkəmizin iqtisadi və hərbi potensialının artırılması, Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinin miqyasının genişləndirilməsi ilə daha da möhkəmlənəcək, bununla da Azərbaycan təkcə Cənubi Qafqaz üçün deyil, bütün bəşəriyyət üçün daha mərhəmətli yeni ilə öz layiqli töhfəsini verəcək.
Ötən il yenidən xalqımızın böyük etimadını qazanmış dövlət başçımız cənab İlham Əliyevin liderliyindəki Azərbaycan artıq 21 ildir ki, inamla və ləyaqətlə inkişaf edir. Bu 21 ildə Azərbaycanı sarsmağa çalışan qüvvələrə qarşı verilən cavablar onu deməyə əsas verir ki, ölkəmizdəki dövlət-xalq həmrəyliyi, dünya azərbaycanlılarının və dost-qardaş ölkələrin dəstəyi ilə əldə olunan sinerji sarsılmaz olub, qarşıdakı dövrdə də dünyada etiraf olunan güc olacaqdır. Bu gücü ötən 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim konfransında bütün dünya bir daha görüb şahid oldu. Ölkəmizə təşrif buyurmuş 76 min konfrans iştirakçısı qlobal siyasi arenada Azərbaycanın sahib olduğu nüfuzu, onun dövlət başçısının qətiyyətini və problemlərə konstruktiv yanaşmasını bir daha üzbəüz görmək imkanı qazandı. Bu fürsəti itirmiş bəzi destruktiv Qərb liderləri isə Azərbaycanla müqayisədə nəinki öz ölkələrinin daxili problemlərinə qarşı, hətta iqlim böhranı kimi qlobal məsələdə də nə qədər məsuliyyətsiz olduqlarını bir daha ortaya qoydular.
Dövlət başçımızın xalqımıza müraciətində qarşıdakı 2025-ci ilin də ölkəmizdə sosial-iqtisadi inkişaf ili olacağı anonsu verildi. 2021-ci ildən Qarabağın və Şərqi Zəngəzurun bərpasına 19 milyard manatdan çox vəsait ayırmış Azərbaycan bundan sonra da prioritet məsələ kimi Böyük Qayıdış proqramının icrasını və makroiqtisadi göstəricilərin artımını diqqətdə saxlayacaq. Mövcud xarici amilləri nəzərə aldıqda isə ötən ilin makroiqtisadi göstəriciləri sabit dinamika ilə artmaqdadır. Belə ki, bu dövrdə ölkəmizdə ümumi daxili məhsulun həcmində artım 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. İqtisadi sabitliyə qovuşmuş və valyuta ehtiyatlarının həcminin xarici borcunun miqdarından 14 dəfə çox olduğu Azərbaycan Respublikası sosial layihələrin icrasını da inamla davam etdirir.
Dövlət başçımızın da qeyd etdiyi kimi 2019-cu ildən ölkəmizdə dörd sosial paket proqramı icra edilmiş, gələn il beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait isə 7,5 milyard manat olacaq. Göründüyü kimi, bu layihələrin reallaşması ölkəmizin hər bir vətəndaşının layiqli yaşayışını təmin edəcək. Qarşıdakı ildə minimum əməkhaqqı və minimum pensiyanın həcmində gözlənilən artım məbləği də Azərbaycan vətəndaşlarının güzəranının daha da yaxşılaşdırılmasına səbəb olacaqdır.
Azərbaycan Respublikası üçün uğurlarla dolu bir il daha arxada qaldı. Cənubi Qafqazın lider ölkəsi Azərbaycan inamla idarə olunur və Prezident cənab İlham Əliyev xalqımızın ona göstərdiyi yüksək etimadla ölkəmizi bütün regionun parlayan ulduzuna çevirmək üçün bütün gücünü və bacarığını ortaya qoymaqdadır. Dövlət başçımızın illərin sınağından çıxmış böyük siyasi təcrübəsi qarşıdakı dövrdə də ölkəmizin ayağına dolaşanları iflasa uğradacaq və Azərbaycan öz yolu ilə gələcəyə doğru addımlayacaq. Bu yol sülh və quruculuq yolu olacaq.
Əli Cabbarov
Digər xəbərlər