NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

2024-cü ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

...

Cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 192 milyon 600 min 100 manat olmuşdur ki, bu da  2023-cü ilin müvafiq dövründəki göstəricidən 1,1 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,6 faiz artaraq 2539,6 manat olmuşdur.

***

2024-cü ilin yanvar-oktyabr aylarında muxtar respublikada 400 milyon   89 min 100 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricidən 0,1 faiz azdır. Sənaye məhsulunun 355 milyon 227 min 700 manatı və ya 88,8 faizi malların, 44 milyon 861 min 400 manatı və ya 11,2 faizi isə xidmətlərin payına düşmüşdür. 
Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 83,5 faizi emal, 15,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

***

Cari ilin yanvar-oktyabr aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 134 milyon 411 min 300 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricini 4,6 faiz üstələyib.
İstifadə olunmuş vəsaitin 30 milyon 188 min 400 manatı və ya 22,4 faizi məhsul istehsalı sahələrinə, 26 milyon 42 min 700 manatı və ya 19,4 faizi xidmət sahələrinə, 78 milyon 180 min 200 manatı və ya 58,2 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala vəsait qoyuluşunun 112 milyon 25 min  900 manatı və ya 83,3 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,7 faiz çoxdur. 

***

2024-cü ilin yanvar-oktyabr aylarında muxtar respublikada 304 milyon 608 min 600 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 177 milyon 20 min 900 manatı bitkiçilik sahəsi üzrə, 127 milyon 587 min 700 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,5  faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 1,7 faiz, heyvandarlıq məhsulları istehsalı 1,2 faiz artmışdır.

***

Cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada nəqliyyat sektorunda  5 milyon 998 min 700 ton yük, 39 milyon 606 min 300 sərnişin daşınmışdır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,0 faiz, sərnişin daşınması isə 1,2 faiz artmışdır.  

***

2024-cü ilin yanvar-oktyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz artaraq 29 milyon 259 min 900 manat olmuşdur. Xidmətlərin 46,9 faizi mobil telefon rabitəsi sahəsində formalaşmışdır.

***

Cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 1 milyard 7 milyon 150 min 900 manat təşkil etmişdir ki, bu da      2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur. Ticarət şəbəkəsində 516 milyon 668 min 400 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 490 milyon 482 min 500 manatlıq qeyri-qida məhsulları satılmışdır.

***

2024-cü ilin yanvar-sentyabr aylarında muxtar respublikada fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 297 milyon 453 min 600 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditlərin 25 milyon 814 min 400 manatı və yaxud 8,7 faizi qısamüddətli, 271 milyon 639 min 200 manatı və yaxud 91,3 faizi uzunmüddətli kreditlər olmuşdur.


***

Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 39,3 faiz artaraq 2024-cü il oktyabr ayının 1-nə milli valyuta ekvivalentində 22 milyon 88 min 700 manat təşkil etmişdir. Əmanətlərin 94,9 faizi milli, 5,1 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,8 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 31,4 faiz artmışdır.

***

2024-cü ilin yanvar-oktyabr aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 107 milyon 53 min 80 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 8 milyon 824 min 770 dollarını və ya 8,2 faizini ixrac olunmuş məhsulların, 98 milyon 228 min 310 dollarını və ya 91,8 faizini isə idxal məhsullarının dəyəri olub. 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi 15,2 faiz, o cümlədən ixrac 31,7  faiz, idxal 13,3 faiz azalmışdır.

***

2024-cü ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 153 milyon 387 min 800 manat olmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çoxdur.
                                                                    ***
Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada orta aylıq nominal əməkhaqqı 772,5 manat olmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz çoxdur. 

***

1 oktyabr 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2559 nəfər və ya 0,5 faiz artaraq 470382 nəfər olmuşdur.

Nəşr edilib : 18.11.2024 14:57