NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

2024-cü ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı - STATİSTİKA

...

Cari ilin yanvar-noyabr aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 365 milyon 189 min 200 manat olmuşdur ki, bu da  2023-cü ilin müvafiq dövründəki göstəricidən 1,0 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,4 faiz artaraq 2906,5 manat olmuşdur.

*** 

2024-cü ilin yanvar-noyabr aylarında muxtar respublikada 430 milyon  491 min 100 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricidən 1,3 faiz azdır. Sənaye məhsulunun 378 milyon 330 min 900 manatı və ya 87,9 faizi malların, 52 milyon 160 min 200 manatı və ya 12,1 faizi isə xidmətlərin payına düşmüşdür. 

Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 82,4 faizi emal, 16,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

***

Cari ilin yanvar-noyabr aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 140 milyon 358 min 300 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricini 7,0 faiz üstələyib.

İstifadə olunmuş vəsaitin 32 milyon 461 min 800 manatı və ya 23,1 faizi məhsul istehsalı sahələrinə, 29 milyon 233 min 300 manatı və ya 20,8 faizi xidmət sahələrinə, 78 milyon 663 min 200 manatı və ya 56,1 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

Əsas kapitala vəsait qoyuluşunun 116 milyon 27 min manatı və ya 82,7 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,0 faiz çoxdur.

***

2024-cü ilin yanvar-noyabr aylarında muxtar respublikada 326 milyon 401 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 179 milyon 34 min  manatı bitkiçilik sahəsi üzrə, 147 milyon 367 min manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,1  faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 1,2 faiz, heyvandarlıq məhsulları istehsalı 1,1 faiz artmışdır.

***

Cari ilin yanvar-noyabr aylarında muxtar respublikada nəqliyyat sektorunda 6 milyon 598 min 600 ton yük, 43 milyon 584 min 500 sərnişin daşınmışdır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,9 faiz, sərnişin daşınması isə 1,2 faiz artmışdır. 

***

2024-cü ilin yanvar-noyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz artaraq 32 milyon 81 min 700 manat olmuşdur. Xidmətlərin 46,7 faizi mobil telefon rabitəsi sahəsində formalaşmışdır.

***

Cari ilin yanvar-noyabr aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 1 milyard 109 milyon 593 min  manat təşkil etmişdir ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Ticarət şəbəkəsində 570 milyon 330 min 800 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 539 milyon 262 min 200 manatlıq qeyri-qida məhsulları satılmışdır.

***

2024-cü ilin yanvar-oktyabr aylarında muxtar respublikada fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 331 milyon 65 min 100 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditlərin 28 milyon 862 min 600 manatı və yaxud 8,7 faizi qısamüddətli, 302 milyon 202 min 500 manatı və yaxud 91,3 faizi uzunmüddətli kreditlər olmuşdur.

***

Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 43,6 faiz artaraq 2024-cü il noyabr ayının 1-nə milli valyuta ekvivalentində 22 milyon 952 min 800 manat təşkil etmişdir. Əmanətlərin 95,0 faizi milli, 5,0 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 44,5 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 27,5 faiz artmışdır.

***

2024-cü ilin yanvar-noyabr aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 114 milyon 909 min 420 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 9 milyon 711 min 760 dollarını və ya 8,5 faizini ixrac olunmuş məhsulların, 105 milyon 197 min 660 dollarını və ya 91,5 faizini isə idxal məhsullarının dəyəri olub. 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi 16,3 faiz, o cümlədən ixrac 30,4  faiz, idxal 14,7 faiz azalmışdır.

***

2024-cü ilin yanvar-noyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 168 milyon 996 min manat olmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur. 

***

Cari ilin yanvar-oktyabr aylarında muxtar respublikada orta aylıq nominal əməkhaqqı 771,1 manat olmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,3 faiz çoxdur.                                      ***

1 noyabr 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2497 nəfər və ya 0,5 faiz artaraq 470609 nəfər olmuşdur.

Nəşr edilib : 16.12.2024 14:50