NAXÇIVAN :

25 Noyabr 2024, Bazar ertəsi

103 yaşın mübarək, doğma qəzetim!

...

“Şərq qapısı” qəzeti ölkəmizdə öz dəsti-xəti, orijinal üslubu ilə seçilən mətbu orqan kimi muxtar respublikanın salnaməsini doğru-düzgün və obyektiv əks etdirən bir söz tribunasıdır. Bəli, bu qəzet hamımızın doğma qəzetidir. Qəzetin daimi oxucusu kimi mən iş saatıma qəzetin mütailəsi ilə başlayıram. Qəzet o vaxt oxunaqlı olur ki, ondan hər bir oxucu özünə uyğun, onu çəkən, maraqlandıran material tapsın. Şükürlər olsun ki, 103 yaşlı şərəfli bir yol gələn qəzetimiz belə oxunaqlı mətbu orqanıdır. Qəzetdə çox məhsuldar, peşəkar jurnalistlər çalışır. Demək olar ki, onları yaxından tanıyıram. Bir oxucu kimi onların yazılarını həvəslə oxuyuram. 
Bu qəzet gənc jurnalistlərin yetişməsi üçün əsl yaradıcılıq ocağıdır. “Şərq qapısı”nın təcrübəli müxbirləri redaksiyada aylarla zəhmət sərf edib, gənclərə bir-bir qələm tutmağı, yazı vərdişinə yiyələnməyi öyrədirlər. Onlar bir yaradıcı adamın yetişməsi üçün lazım olan ən əsas olanları – yaradıcılıq azadlığını, sərbəstliyini, özünəinam hissini və cəmiyyət qarşısında sosial məsuliyyət mühitini bura üz tutan hər bir gənc üçün təmin edə bilib. Bu üç keyfiyyətə malik hər kəs qısa müddətdən sonra “Şərq qapısı” məktəbində yetişməyə başladığını hiss edə bilir. Yaradılmış şərait jurnalistlərin bundan sonra da yaxşı işləməsinə, üzərlərinə düşən məsuliyyətli və şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməsinə imkan verəcəkdir. Qəzetin kollektivinə bu estafeti gələcək nəsillərə çatdırmaqda uğurlar diləyirəm. 

Hörmətlə, Vidadi SÜLEYMANOV
Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası 
Şərur Rayon Təşkilatının sədri

 

Nəşr edilib : 22.11.2024 12:15