Azərbaycan-İran sərhədində zəlzələ olub
00:01 07.01.2025
0
0
0
NAXÇIVAN :
07 Yanvar 2025, Çərşənbə axşamı
1937-ci il təvəllüdlü Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Həvayət Qurbanova Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar “Yüz ilin ictimai-siyasi fəal qadını” layihəsi çərçivəsində ictimai-siyasi həyatda səmərəli fəaliyyətinə görə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təltif olunub. Tədbirdə onun keçdiyi həyat yoluna nəzər salınıb, uzunmüddətli səmərəli fəaliyyətindən danışılıb.
Görüşdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, muxtariyyətinin 100 illiyini böyük təntənə ilə qeyd etdiyimiz qədim diyarımızın inkişafında xidmətləri olan şəxslər unudulmur, onlar daim dövlətimizin qayğısı əhatəsindədirlər. Bu gün Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Həvayət Qurbanova ilə görüşün keçirilməsi də zəhmətkeş insanlarımıza dövlət qayğısının ifadəsidir. Komitə sədri qeyd edib ki, əmək fəaliyyətinə 1955-ci ildən başlayan Həvayət Qurbanova kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışıb. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olub və 29 yaşında Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. Həvayət Qurbanova, həmçinin SSRİ Ali Sovetinə iki çağırış deputat seçilib. Onun əmək yollarında yüksəlişi və zəhmətinə verilən qiymət Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərə təsadüf edir. Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində zəhmətkeş insanlara, o cümlədən də qadınlara böyük qayğı göstərib. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 oktyabr tarixli Sərəncamı ilə Həvayət Qurbanovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova bildirib ki, ölkəmizdə bütün qadınlar, o cümlədən “100 ilin ictimai-siyasi fəal qadını” layihəsi çərçivəsində mükafatlandırılan Həvayət Qurbanova kimi zəhmətkeş qadınlar dövlətimizin daim diqqət və qayğısı əhatəsindədirlər. Əlamətdar və bayram günləri ərəfəsində görüşlərin keçirilməsi də bu tədbirlərin tərkib hissəsidir.
Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanova xatirələrindən və dövlətçiliyə bağlı olmaqdan danışıb, göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda Həvayət Qurbanova “100 ilin ictimai-siyasi fəal qadını” layihəsi çərçivəsində ictimai-siyasi həyatda səmərəli fəaliyyətinə görə Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təltif olunub, ona Komitənin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib.
Digər xəbərlər