NAXÇIVAN :

28 Dekabr 2024, Şənbə

“100 ilin ictimai-siyasi fəal qadını” layihəsi davam edir

...

1942-ci il təvəllüdlü Naxçıvan Muxtar Respublikasının ilk qadın dirijoru, xormeyster Səidə Məmmədova muxtar respublikanın 100 illik yubileyi ilə əlaqədar “Yüz ilin ictimai-siyasi fəal qadını” layihəsi çərçivəsində ictimai-siyasi həyatda səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təltif olunub. Tədbirdə onun keçdiyi həyat yoluna nəzər salınıb, uzunmüddətli səmərəli fəaliyyətindən danışılıb. 
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova bildirib ki, “Yüz ilin ictimai-siyasi fəal qadını” layihəsi qadınların son bir əsrdə ictimai-siyasi proseslərdə oynadığı mühüm rolu vurğulamaq və onların əldə etdiyi nailiyyətləri geniş ictimaiyyətə tanıtmaq məqsədi daşıyan bir təşəbbüsdür. Muxtariyyətinin 100 illiyini böyük təntənə ilə qeyd etdiyimiz doğma Naxçıvanımızda bu layihə qadınların tarixi və müasir nailiyyətlərini qeyd etməklə yanaşı, həm də onların gələcək uğurlarını dəstəkləmək məqsədini daşıyır. Aytən Məmmədova qeyd edib ki, ömrünün 60 ildən çoxunu muxtar respublikada mədəniyyət və incəsənətin inkişafına həsr edən Səidə Məmmədova da seçilən qadınlarımızdan biridir. 
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova bildirib ki, “Yüz ilin ictimai-siyasi fəal qadını” layihəsi çərçivəsində mükafatlandırılan Səidə Məmmədova nəinki Azərbaycanda, hətta xarici ölkələrdə də incəsənətimizi layiqincə təmsil edən dəyərli sənətkarımız olmaqla dövlət qayğısından bəhrələnib.
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, professor, Naxçıvan Dövlət Universitetinin  İncəsənət fakültəsinin Fortepiano  kafedrasının  müdiri Səidə Məmmədova uzun illər incəsənət sahəsində müxtəlif vəzifələrdə çalışdığını qeyd edərək bildirib ki, ömrünü həsr etdiyi xor sənətinin inkişafına çalışıb, həmişə dövlətə, dövlətçiliyə bağlı olub, ona göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib.
Sonda Səidə Məmmədova “Yüz ilin ictimai-siyasi fəal qadını” layihəsi çərçivəsində ictimai-siyasi həyatda səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təltif olunub, Komitənin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib.

Nəşr edilib : 27.12.2024 21:37