Ermənistan XİN: İrəvan Bakı ilə dərhal sülh sazişi...
14:50 14.05.2025
0
0
0
NAXÇIVAN :
14 May 2025, Çərşənbə
"Ulu Öndər Heydər Əliyevin elmə, təhsilə, sənətə, ədəbiyyat adamlarına verdiyi dərin qiymət yaxın tariximizin ən qürurlu səhifələrindən biridir. Bu həm də Azərbaycançılıq ideyasının geniş miqyasda yayılmasına və dərindən mənimsədilməsinə uğurlu xidmətdir. Ulu Öndər deyirdi ki, xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın. İndiki nəsil tariximizin nə qədər zəngin olduğunu və Azərbaycan xalqının dünya mədəniyyətinə neçə töhfələr verdiyini dərk etməli, milli iftixar, vətənpərvərlik hisslərini daha da yüksəltməlidir. Çünki bu gərəkli və vacib amildir.
Heydər Əliyevin siyasətinin əsası gənclərlə bağlı böyük amallara söykənirdi. Bu amallar o qədər prioritet idi ki, Ulu Öndərin istər ən sevincli, istərsə də ən kədərli anında unudulmur, Onun fikir və mülahizələrinin ana xəttinə çevrilirdi. Dahi şəxsiyyət qürur ünvanı olan klassiklərimizin, görkəmli ziyalılarımızın həyatının hər zaman gəncliyə örnək olmasını tövsiyə edirdi”.
Bu sözləri "Şərq qapısı"na müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Arzu Abdullayev söyləyib.
O deyib ki, Naxçıvan şəhərində kitab sərgisinin həyata keçirilməsi, təbii ki, Ulu Öndərin vəsiyyətinə, Onun hər zaman gənclər qarşısında qoyduğu tövsiyəyə bir xidmət nümunəsidir. Eyni zamanda dahi şəxsiyyətin bu tövsiyəsi həm də kitab alaraq, mütaliə edərək Onun irsinin yaşadılması, ölkəmizin bu günü və gələcəyinin bu irs üzərində qurulması baxımından xüsusi əhəmiyyətə malikdir.
"Nə qədər ki Azərbaycan var, nə qədər ki Azərbaycan xalqı var, Ümummilli Lider Heydər Əliyevin adı, əməlləri yaşayır, yaşayacaq və Azərbaycanın gələcəyinin simasını da müəyyən edəcəkdir. Təbii ki, naxçıvanlıların da əlamətdar tarixdə fəallığı, elmə, təhsilə nə qədər maraqlı, eyni zamanda nə qədər həvəsli olduğunun bir nümunəsidir. Hesab edirəm ki, bu cür sərgilərin təşkili ənənəvi hal alacaq. Ötən il olduğu kimi biz bunun bu il də şahidi olduq. Növbəti dövrlərdə də bu istiqamətdə Naxçıvan Muxtar Respublikasının müəyyən qurumları tərəfindən uğurlu işlər reallaşdırılacaq” , – deyə Arzu Abdullayev əlavə edib.
Digər xəbərlər