Milli Məclisin sədri: Qadınların gücləndirilməsi r...
15:56 21.04.2026
0
0
0
10 mart – Milli Teatr Günü münasibətilə uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında tamaşa nümayiş olunub.
“Şərq qapısı” xəbər verir ki, tədbir Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tamaşa zamanı Azərbaycan xalq nağılı əsasında hazırlanan “Göyçək Fatma” tamaşaçılara təqdim olunub. Tamaşada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud və digər xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları da daxil olmaqla, ümumilikdə, 120-dən çox uşaq iştirak edib. Nümayiş olunan tamaşa uşaqlar tərəfindən böyük maraq və sevinclə qarşılanıb.
Digər xəbərlər