NAXÇIVAN :

02 Iyun 2025, Bazar ertəsi

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

...

Bu gün dünyamızın ən dəyərli varlıqları olan uşaqlara həsr olunmuş xüsusi bir gündür. Uşaqların sağlam, təhlükəsiz və sevgi dolu bir mühitdə böyüməsi hər birimizin əsas vəzifəsidir. Onların hüquqlarının qorunması, təhsilə, sosial müdafiəyə və keyfiyyətli həyata çıxış imkanlarının təmin edilməsi cəmiyyətimizin inkişafı üçün əsas şərtlərdən biridir.
Uşaqlar bizim gələcəyimizdir. Onlara daha parlaq, daha ədalətli və daha firavan bir dünya qurmaq üçün birgə çalışmalıyıq.
Bu günün isə qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir.
Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
Bu gün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bütün uşaqları bu əlamətdar gün münasibətilə təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq!

Nəşr edilib : 01.06.2025 00:00