"Konstitusiya və Suverenlik İli” çərçivəsində "Kon...
21:29 29.04.2025
0
0
0
Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi hazırda 93% səviyyəsində tamamlanıb.
“Şərq qapısı” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, uzunluğu 123,6 km olan bu yolun tikintisi hazırda 93% səviyyəsində tamamlanıb. Layihə çərçivəsində 261 boru (16 814 m), 55 alt keçid (3781 m) və 28 körpü (2090 m) inşa edilir. Ayrıca, yol boyunca 3 tunel də tikilir, bu tunellərin ümumi uzunluğu isə 12 032 m-dir. Layihə üzrə ümumilikdə 28 körpü tikilir, bunlardan 16-ı su ötürücü, 12-si isə yol ötürücüdür. 19 körpünün tikintisi artıq yekunlaşıb, 8 körpüdə tikinti işləri davam edir. Həmçinin, alt keçidlərin, 258 dairəvi, 42 düzbucaqlı boruların tikintisi də sona çatdırılıb.
Zəngəzur dəhlizi layihəsinin texniki göstəriciləri, yolun yüksək keyfiyyətlə və müasir standartlara uyğun inşa edilməsini təmin edir. Yolun ümumi uzunluğu 149,9 km təşkil edir. Əsas yolun uzunluğu isə123,6 km-dir. Yolun texniki dərəcəsi 1B-dir, bu isə yüksək sürət və təhlükəsiz hərəkətə imkan yaradır. Yolun eni 14-21 m arasında dəyişir, torpaq yatağının eni 21.5-29.5 m, hərəkət zolaqlarının sayı isə 4-6 arasında təyin edilib. Bu, nəqliyyatın rahat və təhlükəsiz axınına zəmin yaradır.
Layihənin yaxın gələcəkdə tam olaraq istifadəyə verilməsi region üçün yeni imkanlar yaradacaq.
Digər xəbərlər