Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
"İdeoloji iş hər bir cəmiyyət üçün son dərəcə vacib sahədir. Dövlət və cəmiyyət arasındakı kommunikasiyada ideoloji əlaqələrin formalaşması, cəmiyyətin dövlətin apardığı siyasətə münasibətin düzgün qurulması və həmin siyasətin mahiyyətinin xalqa çatdırılması mühüm əhəmiyyət daşıyır".
Bu fikirləri “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov “Şərq qapısı”na açıqlamasında bildirib. O qeyd edib ki, bu gün dünyada olduğu kimi, Cənubi Qafqaz regionu da bir sıra geosiyasi çağırışlarla üz-üzə qalıb. Bu çağırışlar fonunda müxtəlif ölkələrin həm regional, həm də qlobal kontekstdə Azərbaycana qarşı informasiya sahəsinə hücumları artmaqdadır. Belə bir şəraitdə gənclərin informasiya savaşında müdafiə olunması, yəni bu savaşın obyektinə deyil, subyektinə çevrilməsi olduqca vacibdir. Xüsusilə sərhəd bölgələrində yaşayan gənclər üçün bu məsələ daha da aktuallaşır.
Zaur Məmmədov bildirdi ki, Naxçıvan Muxtar Respublikası da üç ölkə ilə həmsərhəd olan strateji region kimi daim diqqət mərkəzində olub. Artıq yüz ildən çoxdur ki, bu bölgəyə müxtəlif ölkələrin maraqları müşahidə olunur. Bu baxımdan, keçirilən tədbirin əsas məqsədi Naxçıvan gəncləri ilə mütəmadi olaraq maarifləndirici görüşlərin təşkili, onların informasiya savadlılığının artırılması və ideoloji möhkəmlənməsinə dəstək verməkdir. Xüsusilə Naxçıvan Dövlət Universitetinin bu prosesdə rolu əvəzsizdir. Nüfuzlu təhsil ocağı olan bu universitet yüzlərlə tələbəni təhsilli, savadlı və vətənpərvər ruhda yetişdirir. Universitetin bu resursundan istifadə etməklə gələcəkdə də bu kimi tədbirlərin davam etdirilməsi ideoloji sabitliyin və milli düşüncənin güclənməsinə mühüm töhfə verəcəkdir.
Digər xəbərlər