Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
“Yeni nəsil qızlar: təhsildə və həyatda uğura doğru” layihəsi çərçivəsində Naxçıvana səfər edən “Azərbaycan Uşaqları” İctimai Birliyinin nümayəndələri Əshabi-kəhf ziyarətgahına ekskursiya ediblər. Səfər zamanı iştirakçılar ziyarətgahın tarixi və mədəni əhəmiyyəti ilə tanış olub, burada nümayiş etdirilən eksponatları diqqətlə izləyiblər.
Sonra İctimai Birliyinin nümayəndələri Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində olublar.
Ziyarət çərçivəsində nümayəndələr kollecin kursantları ilə görüşüb, korpusları gəzmiş, kitabxana və idman zalı ilə tanış olublar. İştirakçılar üçün nahar təşkil olunub, daha sonra tədbir keçirilib. Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov çıxış edərək qonaqları salamlayıb və kollecin fəaliyyət istiqamətləri və əldə etdikləri uğurlar barədə məlumat verib. “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verib. O, birliyin təhsil və sosial sahədəki təşəbbüslərini, gənc nəsil üçün təşkil olunan layihələrin əhəmiyyətini vurğulayıb və belə təşəbbüslərin gənclərin inkişafında rolunu qeyd edib. Daha sonra ictimai birliyin təqdimatını əks etdirən videoçarx nümayiş etdirilib və “Özgə uşağı olmur” himni səsləndirilib.
Ziyarətin sonunda kollecin rəhbərliyi tərəfindən xatirə hədiyyəsi təqdim olunub.
Bülbül Rövşənqızı
Digər xəbərlər