NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Növbəti köç karvanı Qırımızı Bazar qəsəbəsi və Sos kəndinə çatıb

...

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.

"Şərq qapısı" xəbər verir ki, bu gün Qırmızı Bazar qəsəbəsi 20 ailə olmaqla 71 nəfərə, Sos kəndi isə 10 ailə olmaqla 42 nəfərə qucaq açıb.

Azərbaycan dövləti tərəfindən hər iki yaşayış məntəqəsində sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və kommunikasiya xətləri bərpa edilib.

Bununla, hər iki yaşayış məntəqəsinə artıq ikinci köç gerçəkləşib. Daha əvvəlki köçdə Qırmızı Bazar qəsəbəsində 10 ailə olmaqla 39 nəfər, Sos kəndində isə 10 ailə olmaqla 47 nəfərin məskunlaşması təmin edilib.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.

07:17

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir.

"Şərq qapısı" xəbər verir ki, Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə 20 ailə - 71 nəfər, Sos kəndinə isə 10 ailə - 42 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Nəşr edilib : 28.10.2025 15:08