Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarə...
19:54 04.05.2026
0
0
0
NAXÇIVAN :
04 May 2026, Bazar ertəsi
İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Növbəti köç karvanı Xocalı rayonunun kəndlərinə olub və ailələrə mənzillərinin açarları təqdim edilib. Xocalıya köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
“Şərq qapısı” “Böyük Qayıdış”da vətəndaşlarımızın fikirlərini öyrənib, sevinclərinə şahid olub.
İlhamə Novruzova - Xocalı rayonun Daşbulaq kənd sakini: “Torpaqlarımız geri qaytarılandan sonra Bakıda olmağımıza baxmayaraq, düşüncələrimizdə Qarabağda yaşayırdıq. İllərdir Qarabağ yuxumuzdan belə çıxmırdı, bu günümüzə şükür. Prezidentimizə minnətdarıq, Allah şəhidlərimizə rəhmət eləsin. Prezidentimizə, qazilərimizə Allah cansağlığı versin, hər bir şəhidin valideynlərini, övladlarını öz evimizdə qonaq etmək istəyərik. Onların ataları, övladları bu torpaqlar uğrundan canlarında keçdilər. Yenidən doğma torpaqlarımıza qayıtmaq çox gözəl hissdir. Eyni zamanda bakılılara təşəkkür edirik, uzun illərdir, bizi qonaq etdilər, indi biz onları Qarabağda gözləyirik, qapımız üzlərinə hər zaman açıqdır. Allahıma şükürlər olsun, Allah Prezidentimizi, ordumuzu, Azərbaycanımızı qorusun”.

Rasim Ələkbərov: “Bu ayın 15-i Seyidbəyli kəndinə köçmüşük. Evlərin açarları təqdim olunub. Şükür bu günə, biz öz doğma torpaqlarımıza qayıtmışıq, 30 il həsrətində olduğumuz torpaqlarımıza qayıtdıq, sevincimizin həddi-hüdudu yoxdur. Allah cənab Prezidentimizi qorusun, Allah bütün şəhidlərimizə rəhmət eləsin, Şəhid analarının əllərindən öpür, atalarının qarşısında baş əyirik. Bizim üçün belə şərait yaradıldığına görə minnətdarıq”.

Barat Novruzov - Xocalı rayon Badara kənd sakini: “Allah Prezidentimizi qorusun. Nə qədər güclü ordumuz olsa da, onun güclü sərkərdəsi olmasaydı, idi heç vaxt qalib ola bilməzdik. Allah sərkərdəmizə ömür versin. Bundan gözəl nə təəssürat ola bilər? 1991-ci ilin dekabrında erməni terrorçuları bizim kəndə hücum etdilər. Kənddə hər ev səngərə dönmüşdü. Kəndi mühafizə edənlər arasında atam da var idi. Bizim ev düşmən mərmisinə tuş gəldi. Nəticədə, mən yaralandım, bütün ailəm şəhid oldu, əsir düşdüm. Yolu partlatmışdıq ki, texnikalar keçməsin. Orada ayağımı bağlayıb maşına atmaq istəyərkən, özümü qayadan atdım və əllərindən xilas ola bildim. Gedəndə tək idim, amma indi ailəmlə birlikdə doğma yurdumuza qayıtdıq”.

Zaur Rzayev – Xocalı rayon sakini Şuşakənd sakini: “Prezidentimizə cansağlığı, uzun ömür arzu edirəm, öz adımdan ailəm adından dərin minnətdarlığını bildirirəm. Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə isə cansağlı arzu edirəm. 33 ildən sonra Qarabağa qayıtmaq çox gözəl hissdir. Qaçqın, məcburi köçkün düşmüş qohum-qardaşlarımıza, hamısına elinə-obasına qayıtmağı Allah qismət eləsin. Cənab Prezidentin bura gəlməyindən xəbərim yox idi. Ancaq gəlişini eşidəndə sevinc hissi duydum. Bu hissi dilə gətirmək çətindir. Gəldi, ailəmizi ziyarət etdi. Xeyir, dua verdi, Sağolsun, əziyyət çəkdi. Minnətdarıq”.
Digər xəbərlər