Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prez...
12:52 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcər şəhərinə səfəri ölkəmizin müasir tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Bu səfər yalnız dövlət başçısının bölgəyə ziyarəti deyildi, həm də Böyük Qayıdışın real nəticələrinin, xalqın haqq və ədalət uğrunda apardığı mübarizənin parlaq təcəssümü idi. Prezidentin kəlbəcərlilərlə görüşdə söylədiyi “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” sözləri, sadəcə, salamlaşma deyildi. Bu ifadə doğma yurda qayıdan insanların qəlbində ümid işığı yandırdı, uzun illərin həsrətini sonlandırdı”.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ülkər Bayramova deyib.
Prezident İlham Əliyevin Kəlbəcərə səfəri Böyük Qayıdışın strateji mərhələsi, eyni zamanda Azərbaycanın Qarabağ bölgəsində apardığı bərpa, yenidənqurma və inkişaf işlərinin yeni mərhələsinin əlaməti olmaqla yanaşı, həm də dövlətimizin bölgədə davamlı sülh və sabitliyə verdiyi önəmin göstəricisidir. Digər səfərlərində olduğu kimi, məhz bu səfərində də Azərbaycan Prezidenti təkcə bir rayonun gündəminə deyil, bütövlükdə, ölkənin gələcək inkişaf xəritəsinə dair mühüm mesajlar verdi. Dövlət başçısının səfər zamanı verdiyi mesajlar bir daha təsdiqlədi ki, Kəlbəcərin gələcəyi yalnız bərpa ilə məhdudlaşmır. Bu bölgə turizm, kənd təsərrüfatı, alternativ enerji kimi sahələrdə Azərbaycanın aparıcı mərkəzlərindən birinə çevriləcək. Burada həyata keçirilən bütün işlər ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün təminatıdır. Başqa sözlə, Kəlbəcər təkcə öz sakinlərinin deyil, bütün ölkənin inkişafında aparıcı rola malik olacaq.
Prezidentin Kəlbəcərə səfəri həm də siyasi məna daşıyırdı. Həmin gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dövlətin varlığı, gücü və gələcəyə inamı bir daha nümayiş etdirildi. Ölkə başçısı çıxışında bildirdi: “Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında bizim görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq…”
“Prezident İlham Əliyevin Kəlbəcərə səfəri Böyük Qayıdışın rəmzi, xalqın iradəsinin və dövlətin qüdrətinin bariz ifadəsidr. Kəlbəcərin bərpası bütün bölgədə sülhün və əmin-amanlığın möhkəmlənməsi üçün vacib addımdır. Azərbaycan dövləti bölgədə davamlı inkişafı təmin etmək üçün hərtərəfli tədbirlər həyata keçirir və bu işlər davam etdiriləcək”, – deyə deputat Ükər Bayramova bildirib.
Digər xəbərlər