Türk dövlətləri üçün yeni hədəflər Budapeşt Zirvəs...
17:46 22.05.2025
0
0
1
“Naxçıvanın XII əsrdə sosial-iqtisadi inkişafının nəticəsi olaraq burada xeyli memarlıq abidələri yaranıb. Bu memarlıq abidələri içərisində Möminə xatın və Yusif Küseyir oğlu türbələri xüsusilə seçilir. Bu tipli memarlıq abidələrini biz Naxçıvan Muxtar Respublikasının digər bölgələrində də görürük. Buna görə də bu cür memarlıq abidələrinin bərpa olunması, gələcək nəsillər üçün onların qorunub saxlanması olduqca mühüm əhəmiyyətə malikdir”.
Bu sözləri “Şərq qapısı”na müsahibəsində AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev deyib.
Professor qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Möminə xatın türbəsinin bərpası ilə bağlı imzaladığı Sərəncam bu baxımdan olduqca mühüm əhəmiyyətə malikdir: “Düşünürəm ki, bu Sərəncam gələcəkdə Naxçıvan Muxtar Respublikasının digər tarix və mədəniyyət abidələrinin də bərpası üçün bir vəsilə olacaqdır. Çünki Naxçıvan Muxtar Respublikası tarixən Azərbaycanın inkişaf etmiş regionlarından biri olub, uzun müddət öz müstəqilliyini qorumaq üçün xarici işğalçılara qarşı mübarizə aparıb. Möminə xatın türbəsi də məhz Azərbaycanın müstəqilliyini, onun inkişafını təmin edən Şəmsəddin Eldənizin zamanında inşa olunub. Buna görə də bu abidənin olduqca böyük əhəmiyyəti vardır və abidənin bərpa olunması nəsillərarası ənənənin davamı, milli irsə hörmət və ehtiram kimi olduqca təqdirəlayiq bir addımdır”.
Aidə İBRAHİMOVA
Digər xəbərlər