NAXÇIVAN :

03 May 2026, Bazar

Uzunoba Dövlət Meşəsində yanğından mühafizə tədbirləri görülüb

...

Ümumi sahəsi 135,4 hektar olan Uzunoba Dövlət Meşəsində yaşıllıqların qorunması və meşə təsərrüfatının dayanıqlı inkişafı məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Ərazi alaq otlarından təmizlənib, damcılı suvarma sistemlərində təmir işləri aparılıb.
Eyni zamanda meşəni mümkün yanğın təhlükəsindən qorumaq məqsədilə mühafizə zolağı çəkilib.
Görülən tədbirlər meşə ekosisteminin sağlamlığına və yanğın risklərinin minimuma endirilməsinə xidmət edir.

Nəşr edilib : 30.07.2025 16:51