Azərbaycan-Türkmənistan münasibətləri: Hörmət və e...
08:14 19.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
10 aprel 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Şərur rayonunun Xanlıqlar Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Səfər İsgəndərov qeyd edib ki, ölkəmizin milli qanunvericilik sistemi uşaq hüquqları ilə bağlı müxtəlif beynəlxalq sənədlərdən irəli gələn normalar əsasında daha da təkmilləşdirilib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin məsləhətçisi Elsun Cahangirli çıxış edərək uşaq əməyindən istifadə hallarının qarşısının alınması, Azərbaycan Respublikasının qoşulduğu konvensiyalar və ratifikasiya etdiyi beynəlxalq hüquqi sənədlər, milli qanunvericilikdə uşaqlar üçün əmək hüquqlarının xüsusiyyətləri, uşaq əməyinin qadağan olunduğu hallar, bu sahədə işəgötürənlərin hüquqi məsuliyyəti və qanunvericilikdə nəzərdə tutulan cərimələr barədə ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizin əmək qanunvericiliyində yaşı 18-dən aşağı olan şəxslər üçün bir sıra güzəşt və imtiyazlar nəzərdə tutulub. Bu təminatlar onların əmək vərdişlərinin formalaşması, əmək stajının azlığı və fizioloji xüsusiyyətləri ilə bağlıdır. Qeyd olunub ki, 15 yaşdan 18 yaşadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrinin –valideynlərinin, övladlığa götürənlərinin, qəyyumlarının və ya qanunla onları əvəz edən şəxslərin yazılı razılığı mütləqdir. Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İlham Mustafayev tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Sonda təlim iştirakçılarına mövzu ilə bağlı broşürlər paylanılıb.
Digər xəbərlər