Milli Məclis Heydər Əliyevin anadan olmasının 102-...
11:54 08.05.2025
0
0
0
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Ali Məclisin Sosial siyasət komitəsinin sədri Nuray Əliyeva, Tumbul Kənd Mədəniyyət Evinin əməkdaşı Sara Hümbətova və Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin müəllimi Nubar Abdullayeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərindən, onun müstəqil Azərbaycanın qurulması və inkişafı yolunda göstərdiyi xidmətlərdən bəhs ediblər.
Bildirilib ki, Ümummilli Liderin xalqı və dövləti yolunda xidmətləri daim minnətdarlıq hissləri ilə xatırlanır. Onun layiqli davamıçısı Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan bu gün böyük inkişaf və zəfər yolu keçib. Xalqımız qazandığı müstəqilliyə və onun qorunub saxlanılması sahəsində əldə etdiyi nailiyyətlərə görə dahi oğluna daim minnətdardır.
Sonra Hacıniyyət kənd sakini Cahan Hacıyeva, Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin şagirdləri Rafiq İbrahimli, Xanım Rəhimova və Emin Abbasov Ümummilli Liderə həsr olunmuş şeirlər qiraət ediblər.
Tədbirin sonunda mövzu ilə bağlı hazırlanmış sərgiyə baxış keçirilib.
Digər xəbərlər