"Konstitusiya və Suverenlik İli” çərçivəsində "Kon...
21:29 29.04.2025
0
0
0
NAXÇIVAN :
30 Aprel 2025, Çərşənbə
Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Şərur rayonunda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Şərur şəhərinin mərkəzində ucaldılan əzəmətli abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova tədbiri giriş sözü ilə açaraq mövzunun əhəmiyyətdən danışıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Konstitusiyamızın hazırlanması və qəbulu sahəsində tarixi xidmətlərindən bəhs edib.
Bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına geniş yer ayıran mükəmməl normativ-hüquqi sənəddir. Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən demokratik prinsiplərini, insan haqlarını özündə ehtiva etməklə yanaşı, ölkəmizdə hüquqi dövlətin və insan azadlıqlarının qarantıdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əziz Qasımov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının əməkdaşı Həsən Həsənov və YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev mövzu ilə bağlı çıxış edərək müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanmasında Ümummilli Lider Heydər Əliyevin mühüm xidmətlərindən danışıblar.
Sonda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Dövlətin əsasları" filmi nümayiş olunub.
Digər xəbərlər