Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
"Türkiyə dövləti FETÖ terror təşkilatına qarşı mübarizəsini qətiyyətlə davam etdirir. Bu günə qədər böyük yol qət olunub, təşkilatın beynəlxalq bağlantıları və paravan şirkətləri ifşa edilib. Bu mübarizədə dost ölkələr də bizə dəstək göstərdi".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya deyib. O, bildirib ki, 15 iyul 2016-cı il axşamı FETÖ terror təşkilatına bağlı ünsürlər ölkəmizə və millətimizə qarşı alçaq bir çevrilişə cəhd etdilər: "Ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə xalqımız küçələrə axışdı, meydanlara endi və bu xain hücumun qarşısında sipər oldu.
O gecə 251 vətəndaşımız şəhid oldu, 2000-dən çox insan yaralandı. Şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə şəfa diləyirik.
"Xüsusilə Azərbaycana təşəkkür edirik. Çevriliş cəhdinin başladığı andan etibarən qardaş Azərbaycan türk xalqının yanında oldu. Tarixi qardaşlıq çərçivəsində gözəl bir həmrəylik nümayiş etdirildi. Türkiyə FETÖ terror təşkilatına qarşı mübarizəsini qətiyyətlə davam etdirəcək. Heç bir xain təşəbbüs Türkiyə Cümhuriyyətini təhlükəyə ata bilməz. Dövlətimiz bu məsələdə böyük əzmkarlıqla mübarizə aparır. Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluq olaraq bu gün burada bizimlə olan hər kəsə təşəkkür edirəm"- deyə baş konsul sözlərinə əlavə edib.
Digər xəbərlər