Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi...
20:56 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
“2022-ci il avqustun 26-da xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşadı. Ordumuz həmin gün Laçın şəhərində yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, bu füsunkar, mühüm strateji mövqeyə malik diyarın işğalına tamamilə son qoyuldu. Prezident İlham Əliyevin Sərəncamına əsasən 26 avqust – Laçın Şəhəri Günü kimi qeyd olunur.
Azərbaycanın ərazi cəhətdən ən böyük rayonlarından biri olan Laçının şəhid vermədən erməni işğalından azad olunması ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisə idi. Ali Baş Komandan İlham Əliyev dəfələrlə bildirirdi ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qaytarılmasa, heç bir razılaşma ola bilməz. Əslində bütün Azərbaycan tam əmin idi ki, siyasi yolla olmasa da, hərbi yolla Azərbaycan Ordusu torpaqlarımızı mütləq düşmən tapdağından azad edəcək”.
Bu sözləri “Şərq qapısı ”qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ülkər Bayramova deyib.
Deputat qeyd edib ki, Laçının, eləcə də Ağdam və Kəlbəcərin də danışıqlar yolu ilə geri qaytarılması Azərbaycanın böyük və möhtəşəm siyasi Qələbəsidir: “Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal dövründə rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən çox hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb. İşğalçılar tərəfindən 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi və digər infrastruktur obyektləri talan olunaraq və məhv edilib. Həmçinin 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə uğrayıb. Təcavüzkar Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, məqsədyönlü məskunlaşma siyasəti apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub, soyqırımları, bir çox digər hərbi cinayətlər törədib. Bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verir və çox təəssüf ki, susqunluqla qarşılanırdı”.
Ülkər Bayramova vurğulayıb ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və ordumuzun sarsıdıcı zərbələri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u isə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdi. 2022-ci ilin avqustun 26-da Qarabağ Zəfərinin davamı olaraq Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. İşğaldan azad olunmuş digər yurd yerlərimiz kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır. Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Həmin səfərlər zamanı dövlətimizin başçısı müxtəlif infrastruktur obyektlərinin açılışını edib.
“Bu, şanlı zəfər tariximizə daha bir hərbi və diplomatik qələbə kimi yazıldı. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi “ Laçın Şəhəri Günü” kimi qeyd olunur. Bu gün laçınlılar şəhər gününü doğma evlərində sonsuz qürur və sevinc hissi ilə bayram edirlər”- deyə deputat əlavə edib.
Digər xəbərlər