Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
Naxçıvan gəzmək üçün çox gözəl məkandır. Mənzərəsi çox əladır. Kəngərlilər Naxçıvanın tanınmış tayfalarındandır. Mən hətta bir Kəngərlini fotodan tanıdım – Fikrət bəy Kəngərlini. Azərbaycanın Dəmiryol İdarəsinin rəisi idi. Bura son dərəcə sevimli bir yerdir. İqlim olaraq bərəkətli bir torpaqdır. İnşallah, gələcəkdə daha da çox inkişaf edəcək. Tarixi material baxımından çox zəngin bir şəhərdir. Kaş ki daha çox vaxtım olardı və Naxçıvandakı bütün tarixi arxiv materiallarını tədqiq edə bilərdim.
Bildiyiniz kimi, bura iki dəfə Osmanlı gəldi, ən son isə IV Murat. Daha sonra Səfəvilərə qaldı. 1828-ci ildən sonra isə tarixi müqavilə ilə Rusiyanın tərkibinə keçdi. Burada qədim Azərbaycan mədəniyyəti çox canlı şəkildə yaşamaqdadır. Naxçıvan xan sarayında da bunu görürük. Bütün qədim əsərlərdə bu var. Klassik mədəniyyət çox aydın şəkildə bilinir. Universitet davam edir, həyat davam edir. İnşallah, hər zaman belə olacaq. Yeni müqaviləyə görə, Naxçıvanın Azərbaycanla bağlantısı yaranacaq. Buna "Zəngəzur Dəhlizi" adı verildi. Bu Naxçıvanın inkişafına çox təsir göstərəcək. İstiqbalı parlaq bir şəhərdir. Ümid edirəm, nüfuzu çox artmaz, çünki çox təmiz bir şəhərdir. Türk dünyasında Naxçıvan kimi baxımlı və təmiz şəhər tapmaq çox çətindir. Beləliklə, mədəni inkişaf qorunaraq saxlanılacaq, Azərbaycan ənənələri qədim zamanlarda olduğu kimi davam edəcək.
Rafiq Təhməz
Digər xəbərlər