NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Süleyman Neymətov vətəndaş qəbulu keçirib

...

Naxçıvan MR daxili işlər naziri, general-mayor Süleyman  Neymətov Şərur Rayon Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib
"Şərq qapısı" xəbər verir ki, S.Neymətov əvvəlcə rayonda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra polis idarəsinin inzibati binasında qəbula gələn 44 vətəndaşın müraciəti dinlənilib, onların problemlərinin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb. Vətəndaş məmnunluğu təmin edilib.

Nəşr edilib : 14.03.2026 13:00