NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Sudan səmərəli istifadə edilməlidir

...

Sədərək rayonu ərazi cəhətdən Naxçıvanın ən kiçik rayonu olsa da, zəhmətkeş insanları ilə tanınır. 1990-cı ilə kimi rayondakı gülçülük istixanalarında yetişən qərənfillərin sorağı uzaq Rusiyadan gəlirdi. Üzümçülük isə əsas məşğuliyyəti idi insanların. 90-cı ildən başlayan düşmən hücumlarında istixanalar, üzüm plantasiyaları dağıdıldı, rayona gələn ən böyük su mənbəyi olan Şirarxının isə qarşısı düşmən tərəfindən kəsildi. Bütün bunlara baxmayaraq, dövlət və sakinlər bu rayonda su qıtlığı ilə mübarizə aparmağa davam edir. Dövlət qurumları ilə yanaşı, yerli sahibkarların da bu məsələnin həllində sərgilədiyi mövqe hörmətə layiqdir. Belə ki, rayonda 6 subartezian quyusu “Sədərək” firmasının maddi dəstəyi hesabına vurularaq sakinlərin istifadəsinə verilib. Hazırda 9 quyunun da istifadəyə verilməsi üçün  hazırlıq işləri görülür. Qeyd edək ki, suvarma mövsümündə əkin sahələrinə 10, 7 milyon kubmetr suvarma suyu verilmiş, bu sayədə 4732,8 hektar torpaq sahəsi suvarılmışdır.

Rayon sakini Yavər Hüseynov 2 hektar meyvə bağına qulluq edir. Onunla söhbətimizdə bildirdi ki, ixtisası aqranomdur. Qeyd etdi ki, Sədərək torpağının başı çox bəlalar çəkib. Süfrəmizdə çörək verdiyimiz namərd qonşumuz hər cəhətdən Sədərəyə ziyan vurub. Vaxtilə rayonun bütün torpaqlarını gül-çiçəyə çevirən Şirarxının qarşısını kəsməklə rayonda quraqlığın yaranmasına səbəb olublar. Düzdür, dövlətimiz bu rayonun suvarma sahəsində çəkdiyi çətinlikləri aradan qaldırmağa çalışır, amma ən böyük su arxının qarşısını kəsilməsi buna bilavasitə mane olur. Bir neçə il öncə Sədərəyi su ilə təmin edəcək böyük bir layihənin təməli atılsa da, işlər müəyyən səbəblərdən yarımçıq qaldı. Bir sözlə, yazda yaşıllığa bürünən Sədərək ilin bu vaxtlarında səhranı xatırladır.

Sədərəkdə ən çox gəlir gətirən sahələrdən biri də üzümçülük olmuşdur. Rayonda Ulu Öndərin göstərişi ilə inşa edilən şərabçılıq zavodu düşmən tərəfindən dağıdıldıqdan sonra üzümçülük, demək olar ki, azalmışdır. Amma bütün çətinliklərə baxmayaraq, insanlar evlərinin həyatyanı sahələrində bir üzüm kolu olsa belə əkib-becərir. Muxtar Nəsirov üzun illərdir, üzümçülüklə məşğuldur. Onunla söhbət zamanı bildirdi ki, üzümçülük Sədərəkdə  illərdir, inkişaf edib və bu sahədə vaxtilə bir çox uğur qazanılıb. Bu gün də üzüm sahələrinə vaxtı-vaxtında quluq edir rayonun brendinə çevrilən üzümün şöhrətini özünə qaytarmağa çalışırıq. Suvarma suyu ilə bağlı problemlərimizin qaynağı isə rayona gələn su kanalının qarşısın düşmən tərəfindən kəsilməsdir. Dövlət və sahibkarlar rayondakı su probleminin aradan qaldırılmasına kömək edir. Belə ki, dövlətimizin dəstəyi ilə xeyriyyəçi sahibkarlar tərəfindən rayonda 6 subartezian quyusu vurulub, istifadəyə verilib. Azərbaycanın Avropaya açılan qapısının hər bir sakini əmindir ki, Vətən savaşından sonra qazanılan zəfərin nəticəsində Sədərəyin illərdir, qarşısı kəsilən ən böyük su mənbəyinin də yolu açılacaq. Necə deyərlər “Su gələn arxa bir də gələr”. 

Günay HACIYEVA

Nəşr edilib : 22.08.2025 15:22