NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Shahar Goldenberg: Azərbaycanı kibertəhlükəsizlik baxımından daha güclü məkana çevirmək əsas məqsədimizdir

...

“CyberProAI olaraq Naxçıvana ilk səfərlərimizdir və belə mötəbər tədbirdə iştirak etmək bizim üçün xüsusi önəm daşıyır. Tədbirə gəlincə bu bizim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə təmsil etdiyimiz ilk tədbir deyil. Artıq 3 ildən çoxdur ki, Azərbaycanda vahid komanda kimi kiber mühitin inkişafına töhfə veririk”.

“Şərq qapısı” xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində CyberProAI şirkətinin Regional satış direktoru Shahar Goldenberg deyib.

Shahar Goldenberg qeyd edib ki, bu müddət ərzində AZAL, bank, telekommunikasiya və sığorta sektorlarında çalışan əməkdaşlar üçün müxtəlif təlimlər, seminarlar və vörkşoplar təşkil olunub.

Onun sözlərinə görə, paralel olaraq, ölkədə gələcəyin kiber mütəxəssislərinin hazırlanmasına da xüsusi diqqət yetirilir: “Son 3 ildə 300-dən çox məzunumuz olub. Onlar hazırda müxtəlif dövlət qurumlarında və özəl sektorda uğurla fəaliyyət göstərirlər”.

Şirkət nümayəndəsi vurğulayıb ki, əsas məqsədləri Azərbaycanı kibertəhlükəsizlik baxımından daha güclü məkana çevirmək və süni intellekt sahəsində inkişafı dəstəkləməkdir.

 Zəhra VƏLİYEVA

Nəşr edilib : 15.04.2026 15:30