NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Sevda Məmmədəliyeva: Naxçıvan və Ordubad mənim ürəyimdə elə doğmalıq hissi yaradır ki, bunu sözlə ifadə etmək çox çətindir

...

"Ulu Öndər Heydər Əliyev tərəfindən Yusif Məmmədəliyevin elmi irsi hər zaman yüksək qiymətləndirilib. Bu gün də Prezident İlham Əliyev tərəfindən akademikin xatirəsinə göstərilən həssas münasibət bizi son dərəcə qürurlandırır".
 “Şərq qapısı” xəbər verir ki, bu fikirləri akademik Yusif Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva mətbuata açıqlamasında deyib. 
“Qədim diyar Naxçıvan yazıçıları, alimləri, xüsusilə də dövlət xadimləri ilə şöhrət qazanmış bir torpaqdır. Bu torpaqla hər zaman fəxr edirəm. Bakıda yaşasam da, Naxçıvan və Ordubad mənim ürəyimdə elə doğmalıq hissi yaradır ki, bunu sözlə ifadə etmək çox çətindir. Orada olarkən özümü tam rahat hiss edirəm”, – deyə Sevda Məmmədəliyeva vurğulayıb.
Sevda Məmmədəliyeva Naxçıvanda yaradılan təhsil və mədəniyyət mühiti barədə də təəssüratlarını bölüşüb: “İstərdim ki, hər şey gözəl olsun, atama layiq olsun. Çünki atamın gözəl zövqü var idi. Bu zövqə uyğun olaraq həmin tədbir də möhtəşəm şəkildə baş tutdu. Buna görə də təşkilatçılara dərin minnətdarlığımı bildirirəm. Naxçıvan Dövlət Universiteti ilə tanış olan zaman şahid oldum ki, Bakıda belə universitetlər yoxdur. Bu cür laboratoriyalar, bu səviyyədə orkestr Avropada belə birinci yeri tuta bilər. Siz burada yaşadığınız üçün, bu mühiti qoruyub saxladığınız üçün qürur duymalısınız. Hər kəsin canında, gözündə bunu görürəm. Mən inanıram ki, Naxçıvan torpağında digər gözəl alimlər də yetişəcək, çünki siz bunun üçün bütün imkanları yaradırsınız".

Nəşr edilib : 05.12.2025 17:13