NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Şərurda 973 abonentə mavi yanacağın verilişi dayandırılıb

...

Şərur rayon Çomaxtur və Xələc kəndlərini mavi yanacaqla təmin edən boru xətti korroziyaya uğrayıb.

"Şərq qapısı" xəbər verir ki, bu səbəbdən yeraltı borunun yerüstü boru ilə əvəzlənməsiylə əlaqədar bu gün saat 16:00-dək 973 abonentin qaz təchizatında məhdudiyyət olacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin kəndlərə qazın verilişi bərpa ediləcək.

Nəşr edilib : 05.02.2026 14:57