“Ailə, məktəb və cəmiyyət” mövzusunda görüş keçiri...
16:25 04.05.2026
0
0
0
Fevralın 6-da “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.
RETSİ-dən "Şərq qapısı"na bildirilib ki, 110/35/10 kV-luq Şərur şəhər yarımstansiyasından qidalanan 3 nömrəli 10 kV-luq şəhər elektrik xəttində aparılan işlər səbəbindən bu gün saat 14:00-dan 16:00-dək Şərur şəhərinin Kapitan Seyidov, Səməd Vurğun və Mikayıl Müşfiq küçələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.
Görülən işlər enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların həyata keçirilməsi məqsədi daşıyır. Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işlərinin aparılması nəzərdə tutulur.
Digər xəbərlər