NAXÇIVAN :

09 May 2025, Cümə

Sərmayə kapitalı verilmiş qadınlarla bağlı monitorinqlər davam edir

...

Qadınların sahibkarlıq və kiçik bizneslə məşğul olması, eləcə də ailə təsərrüfatlarının qurulması və genişləndirilməsi istiqamətində sosial layihələr icra olunub, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilib. Sərmayə kapitalından düzgün istifadə olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sərmayə kapitalı verilən qadınların işlədiyi və yaşadığı ünvanlarda növbəti monitorinqlər aparılıb. Keçirilən monitorinqlər zamanı məlum olub ki, layihə iştirakçısı olan Babək rayon Şıxmahmud kənd sakini Əliyeva Aygül İsmayıl qızı dərzilik sahəsi üzrə, Culfa rayon Qazançı kənd sakini Qurbanova Şahnaz Heydər qızı isə əkinçilik sahəsi üzrə sərmayə kapitalından öz təyinatına uyğun istifadə edərək fəaliyyət sahələrini inkişaf etdiriblər.

Nəşr edilib : 08.05.2025 21:28