NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Sədr: Azərbaycan QHT-ləri 2025-ci ildə 17 fərqli ölkədə 43 tədbir keçirib

...

Mayın 14-də - “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının Baş Assambleyasının, mayın 16-da isə Türk Dövlətləri Təşkilatına üzv Ölkələrin QHT-lərinin II Həmrəylik Forumunun keçirilməsi gözlənilir. Hər iki beynəlxalq tədbirdə də Agentlik tərəfdaş qismində çıxış edəcək.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva Agentliyin 5 illik fəaliyyətinə dair mətbuat konfransında söyləyib.

İdarə Heyətinin sədri Agentliyin fəaliyyətinə dair statistik göstəriciləri diqqətə çatdırıb və inkişaf prosesinin davam etdiyini vurğulayıb: “Prezident İlham Əliyevin fərman və sərəncamlarından, müvafiq dövlət proqramlarından irəli gələn tapşırıqların Agentlik tərəfindən icra səviyyəsi 2022-ci ildə 86 faiz, 2023-cü ildə 88 faiz, 2024-cü ildə 97 faiz, 2025-ci ildə isə 98,5 faiz təşkil edib.

2024-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-lərinin 7 xarici ölkədə 25 tədbiri baş tutub. 2025-ci ildə isə rekord qeydə alınıb, 17 fərqli ölkədə 43 tədbir keçirilib”.

Nəşr edilib : 17.04.2026 12:14