NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Şahin Mustafayev: Biz sahibkarları Azərbaycan-Rusiya iqtisadi əlaqələrində yaranmış potensialdan səmərəli istifadə etməyə çağırdıq

...

Dünən biz geniş müzakirələr apardıq. Hökumətlərarası Komissiyasının protokolu hazırlandı, Komissiya çərçivəsində Azərbaycan-Rusiya ticarət dövriyyəsinin, investisiya əlaqələrinin genişləndirilməsi istiqamətində əlavə imkanların araşdırılması və bu əlaqələrin genişləndirilməsi haqqında tədbirlər müəyyənləşdirildi, müvafiq olaraq lazımi tapşırıqlar verildi.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə açıqlaması zamanı deyib.

“Azərbaycan və Rusiya hökuməti bu əlaqələrin inkişafında maraqlıdır. Bu maraq da hər iki ölkə prezidentlərinin siyasi iradəsi ilə bağlıdır, onların verdiyi göstərişlərə uyğun olaraq aparılır. Biz dünən və bu gün də qeyd etdik ki, hökumətlər tərəfindən yaradılan şəraitdən iş adamları mütləq istifadə etməlidirlər. Biz bir yerdə sahibkarları daha aktiv fəaliyyət göstərməyə, Azərbaycan-Rusiya iqtisadi əlaqələrində yaranmış geniş potensialdan daha səmərəli istifadə etməyə çağırdıq”, - deyə Ş.Mustafayev qeyd edib.

Nəşr edilib : 17.04.2026 14:04