Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
"Ailələrin daha dayanıqlı olmasının əsas səbəblərindən biri də ailədə iqtisadi məsələlərin düzgün koordinasiya olunması, düzgün təhlil edilməsi və tənzimlənməsindən ibarətdir. Biz gənclər arasında ailə büdcəsinin düzgün qurulması, puldan əxlaqi cəhətdən düzgün istifadə olunması və digər vacib məsələlərlə bağlı belə tədbirlərə start verdik".
Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvanda keçirilən “Qlobal Pul Həftəsi” çərçivəsində maarifləndirici təlimlərdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova deyib. Komitə sədri bildirib ki, hər il mart ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən bütün dünyada olduğu kimi, ölkəmizdə də “Qlobal Pul Həftəsi” həyata keçirilir: "Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bu tədbirlərin keçirilməsi ilə bağlı xüsusi işlər görülür. Çox sevindirici haldır ki, bu gün Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən gənclərin maliyyə savadlığının artırılması məqsədilə “Qlobal Pul Həftəsi” çərçivəsində təlimlərə start verilib. Bu təlimin keçirilməsində məqsədimiz böyükdür".
Ramilə Seyidova vurğulayıb ki, bu təlimlər Naxçıvan Muxtar Respublikasının yeniyetmə və gənclərinin maliyyə savadlığının artırılmasına xüsusi töhfə verəcək, onların bu sahədə bilik və bacarıqlarını inkişaf etdirəcək: "Qeyd etmək istəyirəm ki, 4 gün ərzində keçiriləcək təlimlərdə muxtar respublikanın rayonlarının gəncləri, yeniyetmələri, məktəb şagirdləri, universitet tələbələri və digər şəxslər iştirak edərək bu təlimdən yararlanacaqlar".
Qeyd edək ki, təlimlər Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər