Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəni izlədiyimdə bir cümlə xüsusilə diqqətimi çəkdi: “Zəngəzur dəhlizinə, ilk növbədə, Naxçıvan Muxtar Respublikası ilə əlaqə kimi, həm də beynəlxalq nəqliyyat dəhlizi kimi baxırıq”.
Dövlət başçımızın bu fikri məndə siyasi bir açıqlamadan daha çox insani təsir bağışladı. Düşündüm ki, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasındakı məsafə təkcə kilometrlərlə ölçülməyib. Blokada şəraitində olan Naxçıvan bu ayrılığı, illərdir, gündəlik həyatında dərindən hiss edib. Getmək, gəlmək çətin olub. Bəzən bir yolun olmaması təkcə fiziki məsafə yox, həm də psixoloji, mənəvi uzaqlıq yaradıb. İnsan istər-istəməz öz-özünə sual verir: eyni ölkənin içərisində bu qədər uzaqlıq, bu qədər həsrət niyə olsun?
Zəngəzur dəhlizi məsələsinə digər tərəfdən baxdıqda isə aydın olur ki, söhbət, sadəcə, bir layihədən getmir. Bu, münasibətlərin daha da istiləşməsi, mehribanlaşması deməkdir. Bu, uzun illər yarımçıq qalan bir bağın tamamlanmasıdır. Cənab Prezidentin fikrində də əsas vurğu məhz buna yönəlir. Naxçıvanın ölkənin əsas hissəsi ilə birbaşa və rahat şəkildə əlaqə qurması illərdir, mövcud olan bir boşluğun doldurulması deməkdir. Əgər bu yol açılarsa, insanların həyatında rahatlıq yaranacaq, əlaqələr asanlaşacaq, Naxçıvan ölkəmizə daha yaxın hiss olunacaq. Bəzən bir yol təkcə bir ərazi ilə başqa ərazini fiziki cəhətdən deyil, həm də insanların mənəvi dünyasını daha da birləşdirir, hissləri bütünləşdirir, tamlaşdırır. Məhz bu baxımdan Zəngəzur dəhlizinin açılması Naxçıvanın Azərbaycanla daha da bütövləşməsi deməkdir. Bu təkcə yolun açılması yox, illərdir, hökm sürən bir ayrılığın sona çatması, uzun həsrətin bitməsidir.
Biz də Naxçıvan sakinləri olaraq bu yolun yenidən açılması, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə qəlbimizdə alovlanan həsrətin sona yetəcəyi günün çox yaxında olduğuna əminik!
Zəhra VƏLİYEVA
Digər xəbərlər