TÜRKPA-nın yeni Baş katibinin adı açıqlanıb
23:24 12.06.2025
0
0
0
NAXÇIVAN :
13 Iyun 2025, Cümə
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Konstitusiya və Suverenlik İli” və “İnsan hüquqları aylığı” çərçivəsində “Qohum və erkən nikahların yaratdığı fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Nabat Bayramova açaraq sözügedən mövzunun əhəmiyyətindən bəhs edib.
Daha sonra komitənin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Kənan Məmmədov mövzu ilə bağlı təqdimatla çıxış etmişdir. Çıxışda qeyd olunub ki, qohum və erkən nikahlar sağlam cəmiyyətin formalaşmasına maneə törədən ciddi sosial problemlərdən biridir. Bu cür nikahlar cəmiyyətin ümumi inkişafına mənfi təsir göstərir və cəmiyyətin sağlam şəkildə inkişaf etməsinə mane olur. K.Məmmədov erkən nikah və qohumlar arasında bağlanan nikahların qarşısının alınmasına dair qanunvericilikdən, qəbul edilən normativ-hüquqi aktlar haqqında tədbir iştirakçılarına geniş məlumat verib və vurğulayıb ki, gənclərin təhsili, fərdi inkişafı və sağlam gələcəyi üçün erkən yaşlarda və qohumlar arasında nikahların qarşısını almaq, cəmiyyətin rifahını artırmağa kömək edər.
Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş olunub, maarifləndirici broşür paylanılıb, posterlər elan lövhələrinə yerləşdirilib.
Digər xəbərlər