NAXÇIVAN :

01 May 2025, Cümə axşamı

Qəyyumluq və himayəçiliklə bağlı bir sıra qanunlara, məcəllələrə dəyişiklik edilir

...

Qəyyumluq və himayəçilik orqanlarının razılığı ilə əlaqədar həmin qurumların qərarları bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sisteminə daxil ediləcək.

"Şərq qapısı" xəbər verir ki, bu məsələ Milli Məclisin mayın 1-də keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsində, Mülki Məcəllədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksin tapıb.

Dəyişikliyə əsasən, təklif olunan qanunlarda uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına bir sıra səlahiyyətlər verilib. Bu səlahiyyətlər çərçivəsində qəyyumluq və himayə orqanı uşaq maraqlarının, o cümlədən üzərində qəyyumluq və himayə təyin edilmiş uşaqların əmlak və digər hüquqlarının qorunması məqsədilə qərarlar qəbul edir. Dəyişikliklər qəyyumluq və himayəçilik orqanlarının icazəsi ilə əlaqədar həmin orqanların qərarlarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sisteminə daxil edilməsi və həmin sistem vasitəsilə əldə edilməsi məqsədilə hazırlanıb və bu sahədə fəaliyyətin elektron informasiya sistemi üzərindən daha operativ həyata keçirilməsinə yönəlib.

Beləliklə, qanunda qəyyumluq və himayəçilik orqanlarının razılığının verilməsi nəzərdə tutulduqda, bununla bağlı həmin orqan qərarlar qəbul edəcək və bu qərarı bir iş günü ərzində Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) daxil ediləcək. Nəticədə, dövlət xidmətlərinin göstərilməsi zamanı digər dövlət qurumlarının həmin qərarları EHİS vasitəsilə əldə etmək imkanı yaranacaq.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Nəşr edilib : 01.05.2025 11:29