NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

“Qədim ənənələr gələcəyə mirasdır” mövzusunda tədbir keçirilib

...

16 aprel 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kəngərli rayon Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində “Qədim ənənələr gələcəyə mirasdır” mövzusunda tədbir keçirilib.

“Şərq qapısı” xəbər verir ki, tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Günay Məhərrəmova açılış nitqi ilə çıxış edərək mövzunun əhəmiyyətindən bəhs edib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin baş məsləhətçisi Müşərrəf Bağırova çıxış edərək bildirib ki, xalqımızın qədim ənənələri milli kimliyimizin təməlini təşkil edir. Bu ənənələr nəsildən-nəslə ötürülərək bizi tarixi köklərimizə bağlayır. O vurğulayıb ki, ailədə böyüklərə hörmət və əməksevərlik kimi dəyərlərin qorunması gələcək nəsillər üçün əsl mənəvi mirasdır. Həmçinin gənclərin qədim adət-ənənələrimizi yaşatmasının və cəmiyyətimizdə bu dəyərləri təbliğ etməsinin vacibliyini qeyd edib.

Tədbirdə Kəngərli Rayon Təhsil Şöbəsinin əməkdaşı Şəfəq Camallı çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüb. O, Şahtaxtı kənd tam orta məktəbində keçirilən tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və belə tədbirlərin gənclərin maarifləndirilməsi baxımından önəmini qeyd edib.

Tədbir diskussiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı broşürlər paylanılıb və posterlər elan lövhələrində yerləşdirilib.

Nəşr edilib : 17.04.2026 16:10