Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
"Bu meydançada oynamışam, hətta final oyunu oynamışam. Bu meydançanın atmosferi, abu-havası bizə çox xoşdu. Xüsusilə bu gün bura gəlməyimizdə "Araz-Naxçıvan" PFK-nın rəhbərinin böyük bir təşəbbüsü var, çünki biz artıq il yarım müddətdir ki, Bakıda oynayırıq. Amma düşünürəm, Naxçıvan rəhbərliyi də bu addımları daha da sürətləndirib ki, komanda qayıtsın və Naxçıvanda oynasın. Həqiqətən də burada uşaqlar arasında futbola maraq böyükdür və onlara o sevgini, o futbol sevincini bəxş etmək üçün mütləq "Araz-Naxçıvan" bura qayıtmalıdır. Düşünürəm ki, Naxçıvan şəhərinin futbol komandası mütləq olmalıdır və hər həftə burada qolların, qalibiyyətin sədası eşidilməlidir".
Bunu jurnalistlərə açıqlamasında “Araz-Naxçıvan”nın yarımmüdafiəçisi Qara Qarayev deyib.
O qeyd edib ki, futbolda əsas amillərdən biri azarkeş dəstəyidir. Biz Bakıda oynadığımız oyunların heç birində azarkeş dəstəyi ala bilmirik: "Düşünürəm ki, burda oynamaqla tam gücümüzdən istifadə edə bilərik, azarkeşlərin dəstəyi ilə daha yaxşı, daha böyük qələbələr əldə edə bilərik və burada oynamağımız, xüsusilə də futbolçulara xüsusi motivasiyadır. Biz futbolu azarkeşlərə görə oynayırıq və tribunanın dolu olduğunu görəndə daha həvəsli oluruq, işimizə daha ciddi yanaşırıq. Düşünürəm ki, bu stadiona azarkeşlərin gəlməsi və futbolçulara dəstək olması "Araz-Naxçıvan" komandası adına böyük bir işdir. Düşünürəm ki, tez bir zamanda futbolçular azarkeş dəstəyini alacaqlar".
Digər xəbərlər