Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Ordubad rayonunun Sabirkənd kəndində qanunsuz tikililərin qarşısının alınması ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyəti başçısı Aparatında Hüquq və kadr məsələləri sektorunun müdiri Mehbalıyev Emin Cabir oğlu açaraq bu cür görüşlərin tikinti sahəsində hüquqi maarifləndirmənin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma nəzarəti şöbəsinin 1 saylı ərazi sektorunun müdiri Abdullazadə Sabit İsrafil oğlu və həmin sektorun aparıcı məsləhətçisi Quliyev Elnur Vaqif oğlu tikinti işləri zamanı qanunvericiliyin tələblərinə riayət olunmasının vacibliyindən, qanunsuz tikililərlə mübarizənin gücləndirilməsinin önəmindən, eləcə də nəzarət mexanizmləri və mövcud prosedurlar barədə ətraflı məlumat veriblər.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki eksperti Həsən Babayev isə çıxışında tikinti sahəsində aparılan ekspertiza prosesləri, qanunsuz tikililərin aşkar olunması və onların hüquqi nəticələri barədə danışıb.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər