Azərbaycan və Belarus arasında sənaye sahəsində əm...
21:30 05.05.2026
0
0
0
Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə və Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na uyğun olaraq cari ildə prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsinə yekun vurulub.
"Şərq qapısı" xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, yazılı imtahanda uğur qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.
Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 71 namizəd “İşin Təşkili Qaydaları”na əsasən tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər.
Müsahibə Baş Prokurorluğun inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri N.Rəfibəyli küçəsi 7).
Namizədlər tibbi müayinədən keçmək üçün 2025-ci il dekabrın 2-dən 5-dək (həmin gün də daxil olmaqla) şəxsiyyət vəsiqəsi ilə birgə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət etməlidirlər (ünvan: Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 16/18).
Əlavə məlumat almaq üçün 361-00-76, 361-00-77, 361-00-78, 361-00-79, 361-00-80 və 361-00-81 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.
Digər xəbərlər