NAXÇIVAN :

09 May 2026, Şənbə

Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub

...

Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti X sosial media hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski mənə zəng edib. Telefon söhbəti zamanı ölkələrimiz arasında münasibətlərin inkişafında müsbət dinamikadan məmnunluq ifadə olunub. Biz, həmçinin Qəbələdə keçirilən görüşdə müzakirə edilən məsələlərin ikitərəfli gündəlik çərçivəsində reallaşdırılması ilə bağlı fikir mübadiləsi apardıq”.

Nəşr edilib : 06.05.2026 20:58