NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Pəzməri kənd avtomobil yoluna qaya parçaları tökülüb

...

"Şərq qapısı" xəbər verir ki, güclü yağan yağışlar nəticəsində Ordubad rayonunun Pəzməri kəndinə gedən avtomobil yolunun dağlıq hissəsində, yolun 24-cü kilometrliyində iri daş və qaya parçaları yolun hərəkət hissəsinə tökülərək nəqliyyat vasitələrinin hərəkətini müvəqqəti məhdudlaşdırıb.

Hadisə baş verən kimi Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq texnika və canlı qüvvəsi əraziyə cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində iri qaya parçaları texnika vasitəsilə parçalanaraq ərazidən uzaqlaşdırılıb və yolun bir hissəsində hərəkət bərpa olunub. Digər hissəsinin açılması istiqamətində işlər davam etdirilir.

Qısa zaman ərzində yolun təhlükəsizliyi tam bərpa olunacaq.

Məlumat yenilənəcək.

Nəşr edilib : 16.04.2026 16:24