NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Ötən il Azərbaycanda körpələrə ən çox verilən adlar məlum olub

...

Ötən il Azərbaycanda körpələrə ən çox verilən adlar məlum olub.

"Şərq qapısı"xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin "Azərbaycanda kişilər və qadınlar" məcmuəsində öz əksini tapıb.

Bildirilib ki, qızlara ən çox Zəhra və Zeynəb adları verilib. Bu adlar sırasında Mələk, İnci, Fatimə, Ayla, Nilay, Melisa, Aylin, Məryəm də var.

Oğlanlara isə ən çox Uğur adı verilib. Tunar, Ayxan, Məhəmməd, Murad, Ömər, Raul, Yusif, Hüseyn, Əli adları da bu sıradadır.

 

 

Nəşr edilib : 08.10.2025 12:42