TÜRKPA-nın yeni Baş katibinin adı açıqlanıb
23:24 12.06.2025
0
0
0
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyunun 2-dən iyunun 9-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
"Şərq qapısı" xəbər verir ki, ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 52, tank əleyhinə 16 mina və 129 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 889, 2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Digər xəbərlər