NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Ötən həftə 105 mina və 223 partlamamış hərbi sursat zərərsizləşdirilib

...

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən fevralın 2-8-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

"Şərq qapısı" xəbər verir ki, ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 97, tankəleyhinə 8 mina və 223 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 669,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Nəşr edilib : 09.02.2026 14:53