Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında "Ərbabın iş yeri" adlanan tarixi binanın əvvəlki görkəminə qaytarılması istiqamətində hazırda təmir-bərpa işləri aparılır. Prosesin ilin sonuna yekunlaşdırılması nəzərdə tutulur.”
Bu sözləri "Şərq qapısı"na müsahibəsində layihə rəhbəri Fərid Kazımlı deyib.
O qeyd edib ki, işlər orta mərhələdədir və ümumi həcmin, təxminən, 50 faizi artıq tamamlanıb. Qaba işlər yekunlaşıb və hazırda əsas təmir-bərpa mərhələsinə keçilib.
Fərid Kazımlının sözlərinə görə, bina tam şəkildə ilkin vəziyyətinə qaytarılacaq, mövcud ornamentlər bərpa ediləcək: "Hazırda yerləşdiyimiz otaq baş fond mühafizi otağı kimi fəaliyyət göstərəcək. Bu məkanda alimlər, bərpaçılar, rəssamlar və digər mütəxəssislər çalışacaq. Digər hissələr isə Mədəniyyət Nazirliyinin müəyyən etdiyi iş bölgüsünə uyğun olaraq istifadə olunacaq. Bina iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə, əsas hissənin yan tərəfində ictimaiyyət üçün açıq olan kafe yerləşəcək. İkinci mərtəbədə inzibati heyət üçün otaqlar nəzərdə tutulub. Bundan əlavə, həmin mərtəbədə muzey bölməsi fəaliyyət göstərəcək. Muzey hissəsinin yaxınlığında isə geniş konfrans zalı istifadəyə veriləcək".
Digər xəbərlər