NDU nəzdindəki gimnaziyada ümumi orta təhsil səviy...
21:11 25.06.2025
0
0
0
NAXÇIVAN :
25 Iyun 2025, Çərşənbə
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Almaniya Federativ Respublikasında bu ölkənin Federal Müvəkkili Lars Kastellucci ilə görüş keçirib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev də iştirak edib.
Müvəkkil görüş zamanı insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti, o cümlədən Milli Preventiv Mexanizm çərçivəsində həyata keçirilən fəaliyyət, əlilliyi olan şəxslərin və uşaqların hüquqlarının müdafiəsi, informasiya əldə etmək, bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması sahəsində görülmüş işlər, Ombudsmanın mandatının genişləndirilməsi ilə bağlı Konstitusiya Qanununa edilmiş son dəyişikliklər haqqında ətraflı məlumat verib.
Ombudsman işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş mina terrorundan bəhs edərək, mövcud olan mina probleminin insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaratdığını, minadan əziyyət çəkənlər arasında uşaq və qadınların olduğunu, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışına, regionda həyata keçirilən quruculuq işlərinə maneə törətdiyini bildirib. Müvəkkil dəfələrlə müraciət olunmasına baxmayaraq, dəqiq mina xəritələrinin ölkəmizə hələ də təqdim olunmadığını diqqətə çatdırıb.
Birinci Qarabağ müharibəsində 4 minə yaxın vətəndaşımızın itkin düşdüyünü qeyd edən Səbinə Əliyeva itkin düşmüş şəxslərin taleyi barədə hələ də məlumat əldə olunmadığını qeyd edib.
Görüş əsnasında, həmçinin qonağı maraqlandıran suallar ətraflı cavablandırılıb, görüş ikitərəfli müzakirə şəklində davam etdirilib. Hər iki tərəf qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Digər xəbərlər